Xəbər lenti

Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb.

Trend xəbər verir ki, bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır.

Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 860          Tarix: 10-06-2017, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma