PKK terror təşkilatı Suriyanın Afrin bölgəsini “ikinci Qəndil”ə (PKK-nın əsas qərargahı, İraqda yerləşir –red.) çevirib.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bölgədə təlim görmüş 20 min terrorçu var.
Qəndildən Ağ dənizə uzadılması planlaşdırılan “terror dəhlizi”nin tərkib hissəsi olan Afrin 2012-ci ildən PKK-nın Suriya qolu olan PYD-nin işğalı altındadır. Afrində 150 nəfərlik Qəndil heyəti hər sahədə söz sahibidir.
PYD Türkiyə ordusu və Türkiyənin dəstəklədiyi Suriyanın müxalifət güclərinin qarşısında böyük istehkamlar inşa edir. İstehkamlar ABŞ-ın dəstəyi ilə tikilir. Türkiyə ilə mümkün qarşıdurmaya hazırlaşmaq üçün Münbiç-Ayn əl-Arap xəttindən Afrinə silah və sursat daşınır.
Afrini tərk edən minlərlə türkman, ərəb və kürdlərdən yaradılan hərbi birliklər PYD ilə hərbi qarşıdurma ehtimalı nəzərə alınaraq silahlandırılır.
Paylaş: