Xəbər lenti

Baş nazir jurnalistləri təhqir etdi: birbaşa yayımlar qadağan OLUNDU
Özbəkistanın baş naziri Abdulla Aripov jurnalistləri təhqir edərək televiziyada birbaşa yayımları qadağan edib.

Publika.az xəbər verir ki, “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə, birbaşa yayımların dayandırılması barədə tələb avqustun 21-də jurnalistlərlə müşavirədə səslənib.

Müşavirə Milli teleradio şirkətinin media mərkəzində Abdulla Aripov və prezidentin dövlət müşaviri Xayriddin Soltanovun iştirakı ilə keçirilib. Altı saat davam etmiş müşavirədə iştirak edən jurnalistlər baş nazir və media mərkəzinin moderatoru Şerzod Kudratxudjayev arasında söz atışması faktını təsdiq edbilər.

“Sən, oğlan uşağı, çox uzağa getdin. Sən kimə görə lovğalanırsan?” - baş nazir deyib.

Hirslənmiş Şerzod ona cavab verib: “Siz baş nazir olsanız da, mənə qışqırmaq və məni sancmaq hüquqlarına malik deyilsiniz”.

“Və sərt atışma başlandı”, - müşavirədə iştirak edən jurnalistlərdən biri danışıb.

Onun sözlərinə görə, nəticədə Aripov bundan sonra heç bir canlı yayımın olmayacağını deyib.

“Heç bir birbaşa yayım olmayacaq. Hər yayımı Xayriddin Soltanovla uyğunlaşdıracaqsınız”, - baş nazir göstəriş verib.

Media mərkəzindən birbaşa yayımı bir neçə ay əvvəl açılmış “Özbəkistan-24” telekanalı həyata keçirirdi.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimovun idarəsi dövründə dövlət televiziyasında birbaşa yayımlar praktik olaraq qeyri-mümkün idi. İndiki prezident Şövkət Mirziyoyevin hakimiyyətə gəlişi ilə özbək KİV-inin boyununda olan ilgək azca zəifləyib, bəzi nəşrlər yerli məmurların ünvanına yüngül formada tənqidlər yazmağa, abadlıq və yollarla bağlı problemləri ehtiyatla qaldırmağa başlayıblar. İyunun 27-də Kütləvi İnformasiya Vasitələrlərinin işçiləri günündə Mirziyoyev bildirdi ki, KİV real dördüncü hakimiyyət olmalı, milli mediada baxışların plüralizmi olmalıdır. Hər kəs KİV-i fikirlərin azad ifadəsi üçün dialoq meydançası və tribunaya çevirməlidir.

“Azadlıq” radiosunun özbək xidməti qeyd edir ki, baş nazir və prezidentin dövlət müşaviri televiziyanı əvvəlki vaxtlara qaytarmaq istəyirlər.

“Görünür, baş nazir prezidentin fikirlərini bölüşmür”, - radionun materialında deyilir.




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 25-08-2017, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma