Xəbər lenti

Türkiyə ilə Almaniya arasında artan iqtisadi gərginlik fonunda Türkiyənin 680 alman şirkətini qara siyahıya saldığı iddiası da yayılmışdı.

Publika.az xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Tobias Pleyt Türkiyənin terrora dəstək verməkdə şübhəli bilinən 680 alman şirkətindən ibarət hazırladığı qara siyahını ləğv etdiyini açıqlayıb.

Baş nazir Binali Yıldırım da bu iddia səbəbilə alman şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Toplantıda iqtisadiyyat naziri Nihad Zeybekci də iştirak edib.

Nazir son zamanlarda türk-alman münasibətlərinə zərər vurmaq üçün yalan iddialar yayan qüvvələrə sərt cavab verib:

“Türkiyədəki alman şirkətlərinə narahatlıq verəcək heç bir fəaliyyət qeydə alınmayıb. Bütün alman şirkətlərindən tək-tək kiminsə onları narahat edib etmədiyini soruşduq. Heç bir şirkət belə bir hadisənin yaşandığını açıqlamadı”.

 




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 27-07-2017, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma