İsrail polisi baş nazir Bünyamin Netanyahunu məhkəməyə verib.
Publika.az xəbər verir ki, baş nazir vəzifədən sui-istifadə və rüşvət almaqda ittiham edilib.
Polis məhkəmədən araşdırma əməliyyatları haqqında mətbuatda hər hansı bir xəbər getməməsini tələb edib. Tələbi nəzərə alan məhkəmə Netanyahu haqqında aparılan bütün araşdırmalarla bağlı xəbər yayımlanmasına qadağa qoyub.
Netanyahu vəzifəsindən sui-istifadə iddialarını rədd edib və ölkədəki media qurumlarını liderlik etdiyi Likud Partiyası hökumətini devirməyə çalışmaqda günahlandırıb.
Qeyd edək ki, İsrailin baş naziri iş adamlarından rüşvət almaq, media qurumlarında onun lehinə yayım etmək və Almaniyadan sualtı gəmilər alınan zaman vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır.
İddiaların təsdiqlənəcəyi təqdirdə, baş nazirin vəzifəsindən istefa vermək məcburiyyətində qalacağı bildirilib.
Paylaş: