Xəbər lenti

Bazar ertəsi İsrailin cənubunda ABŞ-ın ilk daimi hərbi bazası açılıb. Orada Amerika əsgərləri və zabitləri xidmət edəcək.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Biz İsrail dövləti və İsrail ordusunun tarixində ilk dəfə olaraq ABŞ-ın üzərində bayrağı dalğalanan daimi hərbi bazasını yaratdıq", — deyə açılış mərasimində İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Svika Haymoviç bildirib.

Qeyd olunur ki, Amerika bazası İsrailin hava hücumundan müdafiə hissələrindən birinin ixtiyarına verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 913          Tarix: 19-09-2017, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma