Xəbər lenti

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS təşkilatına hücum olub", - deyə məlumatda bildirilir.

Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.

Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 27-06-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma