Xəbər lenti

“Müstəqillik yalnız bu halda təxirə salına bilər” - Bərzanidən ŞƏRT

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Ərbildə səfərdə olan İngiltərənin müdafiə naziri Mixail Fallona müstəqillik referendumun təxirə salınması üçün şərtini açıqlayıb.

Publika.az xarici KİV-ə istindən xəbər verir ki, Bərzani beynəlxalq zəmanət olmadan referendumun təxirə salınmayacağını bildirib.

“İraq ilə federallaşmaya qədər hər yolu sınaqdan keçirdik, amma heç bir halda uğurlu nəticə əldə edə bilmədik. Müstəqillikdən başqa, heç bir yolumuz yoxdur. Biz iki yaxşı qonşu olaraq daha yaxşı əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyıq”, - kürd siyasətçi deyib.

İngiltərənin müdafiə naziri referendumun təxirə salınmasını və beynəlxalq cəmiyyətin nəzarətində Bağdad ilə dialoqa başlanılmasını istədiklərini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 993          Tarix: 19-09-2017, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma