Xəbər lenti

Dərslik qalmaqalına AMEA da QOŞULDU: “Tarix İnstitutunun bu bəyanatı...”

Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, birgə bəyanatda deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir:

“Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”.




Ana səhifəyə qayıt        Baxış: 1 347          Tarix: 13-10-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma