Xəbər lenti
Bu gün, 12:51
Bu gün, 11:04
Bu gün, 10:54
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ölkədəki ali təhsilli gəncləri üç aylıq əmək haqqı vermədən işə dəvət etməsi ilə bağlı müraciətini oxuduqdan sonra başladım öz-özümə gülməyə. Mənim gülüşümün səsinə qonum-qonşular tökülüb gəldilər. Bu xəbəri eşidəndən sonra onlar da başladılar gülməyə. Onların gülüş səslərinə rayon əhalisi tokülüb gəldi. Onlar da bu xəbəri eşidib başladı gülməyə. Rayon əhalisinin gülüşü gedib çatdı daha yuxarılara. Amma yuxarılar gülmədi. Nədən ki yxarılar bu təcrübəni çoxdan keçib. Bu yerdə bir məsəl yada düşür: Bir kişi oğluna gedib nökər tutmağı tapşırır. Oğlu nökərlə evə qayıdanda ata oğuldan soruşur:
-Bala,necə nökər tutmusan?
Oğul deyir ki, ata, elə nökər tutmuşam ki, o nökər özündən yeyib bizə işləyəcək.
Ata deyir:
-Bala, səhv etmisən, elə nökər tutardın ki, biz də ondan yeyərdik.
İndi Bakı şəhəri üzrə Təhsil İdarəsi intizamlı, xoşrəftar, kompüter bacarığı olan, xarici dil bilən gəncləri üç ay müddətinə müftə işlətməklə hansı məqsədə nail olacağı bizim üçün qaranlıqdır. Amma gün kimi aydındır ki, üçaylıq zəhmətin müqabilində həmin gənclərə verilən təcrübə keçmələri barədə arayış onlara heç vaxt gərək olmayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar