Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Zaman materiyanın varlıq formalarından biri hesab olunur. Əyər fizikada zaman kainatın ölçüsü kimi qəbul edilirsə, fəlsəfədə cisimlər zaman daxilində mövcuddur. Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Qisaca desək zaman- hərəkətdə olan materiyanın mövcudluğunun real formasıdır. Nə qədər fiziki və fəlsəfi baxışlar zaman anlayışını fərqli halda izah etsədə, yenə də, zamanın ümumi anlayışı dəyişilməz olaraq qalır.Dəyişən isə insanın sonradan yaratdığı və istifadə etdiyi fərqli zaman (vaxt) ölçmə üsullarıdır. Müasir dünyada müxtəlif zaman ölçmə meyyarları mövcuddur. Bu meyyarlar astronomik, istiqamət və sosial istiqamətlərə bölünür.Sonuncusu isə demək olar ki, siyası, mədəni və digər təsirlər nəticəsində əcaib hal almış. Aşağıda mövcud zaman (vaxt) ölçmə mexanizmlərinə diqqət edək;
1.Yerli günəş vaxtı.
2.Dünya vaxtı.
3.Ulduz vaxtı.
4.Qurşaq vaxtı.
5.Dekret vaxtı.
6.Yay vaxtı.
7.Yerli vaxt.
Bu qədər müxtəliflik olsada, yenədə hər birinin öz izahı, əhəmiyyəti var. Hər birinin öz qanuna uyğunluqları var. Ancaq yeganə zaman ölçmə üsulu olan qurşaq vaxtı öz qanunauyğunluqları əsasında istifadə olunmur. Yerdə qurşaq vaxtının istifadəsi göstərilən qanunauyğunluğa əsaslanır:
Yer kürəsi 24 saatda (əslində 23 saat 56 dəqiqə 4 saniyə) öz oxu ətrafında fırlandığına və hər saatda 15° yol qət etdiyinə görə (360° : 15° = 24) 24 saat qurşağına bölünür.Bu qurşaqlar düz xətlə çəkilsədə, realda heç bir yerdə düz xət üzrə istifadə olunmur. Ölkələrin sərhədləri, siyasi və iqtisadi maraqlar, eləcədə bir çox digər səbəblər müasir vaxt qurşaqlarını əcaib hala salmış. Aşağıda müxtəlif nümunələrlə bu əcaibliyi nümayiş etdirməyə çalışaq:
Ilk başlayaq elə ölkəmizdən. Vaxt qurşaqlarına aid olan qanunauyğunluğa əsasən Azərbaycan III saat qurşağında yerləşir. Əslinə isə biz IV saat qurşağındayıq. Yəni Londonla Bakı arasında 4 saat fərq var.
Bir azda qonşu ölkə olan Rusiyadan danışaq. 1992-cu ildən 2016-cı ilə qədər Rusiyada saat qurşaqlarının yer dəyişilməsi, qısaldılması ilə bağılı səkkiz qərar verilmiş.Bu qərarlar siyası, iqtisadi və başqa maraqlar əsasında verilmiş. . Məsələn 2010-cu ilə qədər ölkədə 11 saat qurşağı olsada, həmən ildən bu ona endirlidi və ancaq 2014-cü ildə yenidən 11 saat qurşağı bərpa olundu.
Nepal Rusiyadan fərqli olaraq kiçik əraziyə malik olsada, bu ölkənin də saatla bağlı özünə məxsusluğu var. Nepalda vaxt Qrinviç vaxtından 5 saat 45 dəqiqə öndədir. Elə bu bölgədə digər maraqlı bir durum Əfqanıstan və Çin sərhəddindədir. Sərhədi keçən zaman gərək saatınız nə az nə çox düz 3 ,5 saat önə və ya geriyə çəkmək gərək. Çin dedik, elə Çinin ərazisi də yetərincə maraqlı vaxt özəlliyinə malikdir. Bəlkə də ən əcaib vaxt hesablanması. Şərqdən qərbə 5700 km uzanan bu ölkədə 4-5 saat qurşağı olmalıdır. Ancaq ölkədə ancaq bir saat işləyir: Pekin saatı. O üzdən Tibetdə yay aylarında gecə saat 12-də günəş təzə qürub etməyə başlayır. Tibetdə və Uyğur Avtonom rayonunda qeyri-rəsmi olaraq öz vaxtlarından istifadə olunur.
Rusiyaya məxsus Ratmonov adası ölkənin ən ucqar şərq nöqtəsi hesab olunur. Bu adadan şərqdə ABŞ-ın Kruzenştern adası yerləşir. Adalar arasında 3,5 km-lik məsafə var. Matorlu qayıqla 15-20 dəqiqəlik məsafəni əyər qət etsək və məlum olar ki, Ratmonov adasında əyər 1 yanvar günortadırsa, Kurzenştern adasında isə hələ 31 dekabr gunorta saat 3-dür. Belə böyük fərqin yaranmasına səbəb xəyali 180⁰-lik tarix dəyişmə meridianının adaların ortasında keçməsidir. 1958-ci ilə qədər Novosibrsk şəhərində iki fərqli saat qurşağı mövcud idi: Ob çayının sol sahilində Moskva vaxtından 3 saat öndə olsada, sağ sahil 4 saat öndə idi.
Daha ağıla sığmaz durum isə Samoa dövlətində baş vermiş. Bu ölkənin tarixində 30 dekabr 2011-ci il mövcud deyil. Samoa vaxtilə UTC–11 –ci saat qurşağına aid idi, bunu məhs ABŞ -la olan iqtisadi bağlılığa görə etmişdir. Sonrada Avstraliya ilə yaranan yeni iqtisadi əlaqələr ölkənin saat qurşağını UTC+13-lə əvəzlənməsi ilə nəticələndi. Məhs bu üzdən təqvimdə sürşmə aparmışlar. 29 dekabrdan bir başa 31 dekabra keçid edilmişdir.
Şimal və cənub qütblərində bütün saat qurşaqları birləşir və hər hansı bir saat qurşağına aid deyil. Buna baxmayaraq şimal qütbündə dünya vaxtı( Qrinviç) istifadə olunur, cənubda isə Yeni Zellandiya vaxtı qüvvədədir.
Finlandiya, Norveç və Rusiya sərhəddində kiçik bir sərhəd qəsəbəsi yerləşir – Rayakoski. Burada üç saat qurşağı hakimdir. Rusiyada saat -12, Finlandiyada -11, Norveçdə isə saat 10-dur.
Yuxarıda dediyimiz kimi, 24 saat qurşağı mövcuddur: UTC +12 və UTC – 12. Məntiqlə ən uzaq vaxt fərq 24 saat olmlı. Burda da yenə qayda pozulmuş. Tonqa krallığı və Kribati dövlətinə məxsus Layn adasında müvafiq olaraq UTC +13 və UTC + 14 –cü saat qurşaqları hakimdir. Bunada səbə yenədə siyası-iqdisadi münasibətlər olmuş.ABŞ-ın təsirində olan bu ərazilər öz saatlarını tarix dəyişmə xəttindən şərqdə olan Havay adlarının saatına uyğunlaşdırmış ancaq bir gün fərqlə. Nəticədə Okeaniyanın bəzi adaları ilə 25 saatlıq vaxt fərqi meydana gəlir.
Sonuncu bir maraqlı faktıda qeyd etmək istərdim: Londonla Dehli arasında 5:30 saatlıq vaxt fərqi var. Nəticədə Londonda saat neçədirsə, saatı tərsinə çevirsək Dehli vaxtını müəyyən etmiş olarıq.
Bütün bu söylədiklərimizdən belə nəticə çıxarmaq olar ki, zaman və ya vaxt anlayışı əsasəndə vaxt qurşaqları heç də, müasir dünya düzəni üçün uyğun deyil...
Namik Mantaş
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar