Xəbər lenti

Dünən "Yetənək Sizsiniz"də Azərbaycan rüzgarı əsib.

Belə ki, azərbaycanlı gənclərdən ibarət "Həsənov rəqs qrupu" göstərdikləri şou ilə həm salona toplaşan tamaşaçıların, həm də münsiflərin könlünü fəth etməyi bacarıb.

Çıxışına elektro musiqi sədaları altında başlayan, Qafqaz rəqsləri oynayaraq ard-arda 3 musiqi ilə səhnədə şou göstərən azərbaycanlı gənclər növbəti mərhələyə yüksəliblər.

Münsiflərdən Hülya Avşar "Belə şey görmədim" deyərək təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, münsiflər kürsüsündə TV8-in rəhbəri Acun Ilıcalı, aktrisa-müğənni Hülya Avşar və Ali Taran yer alır.

Həmin kadrları aşağıdakı videoda izləyə bilərsiniz://Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı gənclərin rəqsi Türkiyəni MAT QOYDU




Ana səhifəyə qayıt        Baxış: 647          Tarix: 22-12-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma