Xəbər lenti


Naxçıvan Dövlət Filarmoniyasının musiqiçilərinin redaksiyamıza göndərdiyi şikayət məktubuna ard-arda təklizlər gəlib.

 

Ovqat.com-un məlumatına görə, paylaşımımızın altında rəy yazan Vəliyev Zahid Hüseyn oğlu iştirak etdiyi bütün konsert proqramlarından qonorar aldığını və iddiaların əsassız olduğunu bildirib.

 

Əlaqə saxladığımız Filarmoniyanın inzibatçısı Vaqif Məmmədov da şikayətlərə aydınlıq gətirib. Onun bildirdiyinə görə, filarmoniya işçiləri yalnız Novruz bayramındakı ifalarının qonorarını ala bilməyiblər. Bunun səbəbi isə Naxçıvan Filarmoniyasından asılı olmayıb. “Son maliyyə işləri gedir, yaxın günlərdə hər kəsin haqqı ödəniləcək”, - Vaqif Məmmədov bildirib.






Ana səhifəyə qayıt        Baxış: 5 865          Tarix: 17-05-2024, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma