Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı video yayılıb. Yayılan videoda şagirdlərin geyinib soyunma otağında münasibətdə olduğu görünür.
Faktla bağlı Təhsil Nairliyi baku.ws-ə açıqlama verib. "Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur", - deyə açıqlamada bildirilir.
Paylaş: