Xəbər lenti

 

“Eurovision” təmsilçimiz Dihajın (Diana Hacıyeva) ikinci məşq prosesi başa çatıb.

Qafqazinfo xəbər verir ki, müğənni Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə yenidən çıxıb. Bu məşq digərlərindən fərqlənib. Belə ki, yarışmanın rəsmi “YouTube” səhifəsi məşqdən çəkilən görüntülərin efir versiyasını yayımlayıb.

Onu birinci məşqdə olduğu kimi 5 rəqqas müşayiət edib. Bundan əlavə, Diananın səhnədəki çıxışının tam versiyasını “Eurovision” fan-səhifələri paylaşıb.

Qeyd edək ki, Azərbaycan iki məşq prosesindən sonra ciddi irəliləyiş əldə edib. Dihajın çıxışı bukmeykerlərin proqnozuna görə 6-cı sırada qərarlaşıb.




Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 5-05-2017, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma