Xəbər lenti
 
Tanınmış şair Saday Şəkərli bu gün müalicə aldığı tibb müəssəsindən 6 saylı cəza çəkmə müəsisəsinə qaytarılıb. 

Bu haqda Moderator.az -a S.Şəkərlinin ailəsindən məlumat verilib. Şairin oğlu bildirib ki, həbsxanaya qaytarılmasına baxmayaraq şairin səhhəti elə də yaxşı deyil. Saday Şəkərli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Şairin ailəsi hələ də onun haqsız yerə həbs edilməsindən narazıdır. 

Xatırladaq ki, 2015-ci ilin dekabrın 24-də həbs edilən Saday Şəkərli on il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan onun cəza müddəti beş ilə endirilib. 



Ana səhifəyə qayıt        Baxış: 1 140          Tarix: 10-04-2017, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma