Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Təhsil Nazirliyi növbəti dərs ilində hansı uşaqların dövlət məktəblərində təşkil ediləcək pulsuz məktəbəhazırlıq qruplarına cəlb ediləcəyini açıqlayıb.
Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, yeni dərs ilində dövlət məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarına 2012-ci ildə anadan olmuş və həmin vaxt 5 yaşı tamam olacaq uşaqlar çəlb ediləcək.
A.Əhmədov qeyd edib ki, dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılmasına və fəaliyyət göstərməsinə 2016-2017-ci tədris ilindən başlanılıb: “Birinci ilin nəticəsi çox yaxşıdır. Bu qruplar növbəti illərdə də yaradılacaq. 2020-ci ilədək uşaqların məktəbəqədər təhsil ilə əhatə səviyyəsini 90 faizə çatdırmaq nəzərdə tutulur”.
Qeyd edək ki, ötən ilin məlumatına görə, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 20 faizdən aşağıdır.
Nazirlər Kabineti tərəfindən ötən il "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" qərar verilib. Qərara əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Azərbaycanda dövlət məktəblərində açılacaq pulsuz məktəbəhazırlıq kurslarına uşaqların qoyulması tamamilə könüllüdür.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar