Xəbər lenti

 

İyulun 24-26-I tarixlərində İstanbulda, Aydın Universitetində 7-ci Beynəlxalq Altay Topluluqları Simpoziumu keçiriləcək.

Ovqat.com-un məlumatına görə, “Məskən-ailə və ailə dəyərləri” mövzusuna həsr olunmuş simpoziumda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək. Tədbirdə ölkəmizi Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, eyni zamanda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli təmsil edəcək. Bu barədə Newscenter.az-a məlumat verən Faiq Ələkbərli bildirib ki, simpoziumda "Türk-Turan Uygarliğinda “Ailə Fəlsəfəsinin rolu” mövzusunda çıxış edəcək.
Qeyd edək ki, sözügedən simpoziumda Türkiyədən 100-ə yaxın, eləcə də Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Cənubi Koreya, Yaponiya, Rusiya Federasiyası, İran, Iraq, Ukrayna, Hindistan, Kanada, Amerika və Finlandiyadan 200-ə yaxın nümayəndə qatılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 180          Tarix: 5-07-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma