Xəbər lenti

 Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən "İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb.

Ovqat.com Azertag.az-a istinadən xəbər verir ki, F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli "Noveletta” f-mol əsərini ifa edib.

Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu ildə oranı əla qiymətlərlə başa vurub. 2013-cü ildə Bakı Musiqi Akademiyasının "Fortepiano” fakültəsini, 2015-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb.




Ana səhifəyə qayıt        Baxış: 982          Tarix: 11-07-2017, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma