Xəbər lenti

 

Moskvanın yaradıcı ziyalıları, Azərbaycan diasporunun nümayəndələri, həmçinin Heydər Əliyev Fondunun və Müslüm Maqomayev Fondunun əməkdaşları bu gün Müslüm Maqomayevin Moskvadakı abidəsini ziyarət ediblər.

"Ovqat.com" bildirir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, mərhum müğənninin 75 illik yubileyi ilə əlaqədar onun xatirəsini yad etmək məqsədilə təxminən 100 nəfər heykəltəraş Aleksandr Rukavişnikovun müəllif olduğu abidənin ətrafına toplaşıb.

"Crocus Group"un prezidenti Araz Ağalarov, Heydər Əliyev Fondunun Moskva filialının nümayəndəsi Camal Camalov və başqaları abidəni ziyarət edənlər arasında olub. Rusiya Kinematoqrafçılar İttifaqı abidənin yaxınlığında mini-konsert təşkil edib: Müslüm Maqomayevin repertuarından olan mahnıları A.Puxmatova mükafatının təqaüdçüsü Nikolay Ryabuxa ifa edib.

Onu da qeyd edək ki, abidənin yanında özbəkistanlı opera müğənnisi Xursand Şherovun veloyürüşü başa çatıb. M.Maqomayev yaradıcılığının böyük heyranı olan özbək müğənni Daşkənd-Moskva veloyürüşünü məhz mərhum sənətkarın 75 illik yubileyinə həsr edib.




Ana səhifəyə qayıt        Baxış: 1 021          Tarix: 17-08-2017, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma