Erməni qadın 30 il sonra Bakıya qayıdaraq Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhra Quliyevanın məzarını ziyarət edib.
Axar.az Modern.az-a istinadən xəbər verir ki, O.Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvləri ilə Füzuli rayonunun Alxanlı kəndinə səfəri zamanı Zəhra Quliyevanın nənəsi Sahibə Quliyevanın da məzarını ziyarət edib və ailəyə, onların həmkəndlilərinə başsağlığı diləyib.
O.Altunyan həmçinin Bakıya gəlib və Fəxri Xiyabanda Heydər Əliyevin məzarını da ziyarət edib. Daha sonra özünün dediyi kimi, şəxsiyyətinin formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovun da məzarlarına baş çəkib.
Həmçinin, o, şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib, orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələrini bölüşüb.
Qeyd edək ki, “Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb. Ailə qurduqdan sonra Moskvaya köçüb və Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə səbəbi ilə Bakıya qayıda bilməyib.
Ovqat.com:Qarabağ və ətraf 5 rayonu işğal ediblər, hər gün də başımıza od yağdırırlar. Bütün bunların müqabilində bir erməni qadınının Azərbaycana gəlməsi, özləri qətl etdiyi bir qızın məzarını ziyarət etməsi və başqa gəzintiləri bizi o qədər sevindiib ki, bu sevinc nə yerə sığır, nə də göyə.Hətta sevincimizdən çırtmıq çalıb oynamağa belə hazırıq. Vay belə millətin halına.
Paylaş: