Xəbər lenti
Dünən, 19:25

 

Filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF).

Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhdəsindən gələ biləcək potensial mütəxəssislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvərlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaq. Filmin qrafika ilə bağlı məsələlərinin həllini Famil Əsədov (LİMAF) öz üzərinə götürub. O, şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacağını deyib". 

Çəkilişlərə peşəkar Azərbaycan aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də Sovet dövründə çəkilmiş məşhur "Babək" filmi kimi zirvələri fəth etməsi mümkündür. 

Qrafika ustası Famil Əsədov (LİMAF) isə qeyd edib ki, onlar bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atmış olacaqlar: "Bu filimdə LİMAF qrafika hissəsini öz üzərinə götürəcək. Əlavə edim ki, filimdə fantastikaya daha çox yer veriləcək". Filmdə aktyorların geyim işi modelyer Şəlalə Maqsudovaya həvalə edilib. 

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanacağı nəzərdə tutulur./Metbuat.az/




Ana səhifəyə qayıt        Baxış: 1 027          Tarix: 30-08-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma