"Restoranlara gələn insanlara yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır".
Publika.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi konfransda deyib.
Onun sözlərinə görə, bir menyu qiymətlərini tətbiq etməyənlərə qarşı müvafiq orqanlar tərəfindən tədbirlər görülməlidir: "Yol kənarlarında yeni, müasir tipli restotonlar yaradılıb. "Azəravtoyol"la danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqlarının yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması plan kimi bizim qarşımızda durub. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər".
Nazir qeyd edib ki, Azərbaycan 3,5 milyion turisti qəbul etmək iqtidarındadır: "Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orda çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxlamasına diqqət etməliyik".
Paylaş: