Qarabağ münaqişəsinin həlli Türkiyə-Rusiya əlaqələrinin ən mühüm “turnusol” sənədlərindən biridir.
Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, coğrafi olaraq iki ölkə arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionundakı bu məsələnin ədalətli həllinə nail olunmazsa, rus-türk işbirliyinin Avrasiyada və dünyada təhlükəsizlik, rifah cəhətdən hansısa iddia səsləndirməsi inandırıcı olmaz:
“Bu həm də Moskvanın Türkiyə və Avrasiya materikindəki türklərlə yaxşı münasibətlərin qurulmasına nə qədər əhəmiyyət verdiyinin mühüm testlərindəndir. İki ölkə arasındakı münasibətlərin bu testdən heç vaxt keçə bilməyəcəkləri ilə bağlı fikirlər də mövcuddur, ancaq bütün bunlara baxmayaraq, bu iki ölkə arasında olan əməkdaşlıqdan yüksək nəticələr gözləyənlər də az deyil. Doğrudur, tarix və hazırda baş verən proseslər bu əməkdaşlığa inanmayanları haqlı çıxarmaqdadır. Ancaq mən bu iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini düşünənlərdənəm. Çətin görünür, amma mümkünsüz deyil”.
Paylaş: