Xəbər lenti

Fikrət Sadıqov: “Bunun üçün Türkiyə və Səudiyyə Ərəbistanının bizə müraciət etməsi lazımdır” 

Qətər probleminin regionda vəziyyəti gərginləşdirdiyi, bir neçə dövləti faktiki olaraq üz-üzə qoyduğu məlumdur. Bu gün sözügedən problem səbəbi ilə qarşı-qarşıya gələn dövlətlərdən biri də Türkiyə ilə Səudiyyə Ərəbistanıdır.

Maraqlıdır, vaxtiylə Türkiyə ilə Rusiya arasında gərignləşən münasibətlərin yaxşılaşmasında müstəsna rol oynayan ölkəmiz bu məsələdə də eyni xeyirxah missiyanı oynaya bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bunun üçün bu dövlətlərin Azərbaycana müraciət etməsi gərəkdiyini vurğuladı:

“Azərbaycan Rusiya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail ola bildi. Amma Türiyə-Səudiyyə Ərəbistanı məsələsində isə vəziyyət bir qədər fərqlidir. Qətər məsəlsində söhbət yalnız bu iki ölkə arasındakı münasibətdən getmir. Bir neçə dövlət Qətərə faktiki olaraq embarqo tətbiq edib və diplomatik münasibətləri kəsib. Bu, ciddi bir məsələdir. Qətər mələsində bir neçə dövlət iştirak edir. Onların bir çoxunu maarağı üst-üstə düşür.

Əgər Səudiyyə Ərəbistanı və Türkiyə müraciət etsə, Azərbaycan iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq üçün müəyyən cəhdlər edə bilər. Bildiyiniz kimi, Azərbaycan həmişə bu kimi məsələlərdə müəyyən məsafə saxlayır. Bu da özlüyündə müsbət bir amildir. Çünki bizim regionda kifayət qədər probemimiz var. Lakin qeyd etdiyim kimi, əgər tərəflər bizə müraciət etsələr, o zaman biz vasitəçilik rolunu oynaya, müəyyən təkliflər verə bilərik”.




Ana səhifəyə qayıt        Baxış: 842          Tarix: 9-06-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma