İtaliyanın 52 yaşlı sakini Letisiya Marsili hələ uşaq yaşlarında hami kimi olmadığını anlayıb. O, demək olar ki, ağrı hiss etmir, bədəninin bir yerinin yandığından və ya sümüyünün sındığından xəbəri olmur.
BBC telekanalı xəbər verir ki, 5 nəfərdən ibarət bu ailənin bütün üzvləri adi insana ağrıkəsici lazım olduğu vəziyyətlərdə ağrı hiss etmir.
“Bizim həyatımız adi, normal şəkildə və ola bilsin, digər ailələrin həyatından daha yaxşı keçir. Çünki biz nadir hallarda özümüzü pis hiss edirik və demək olar ki, ağrımırıq. Düzünü desək, biz ağrı hiss edirik, amma bu cəmi bir neçə saniyə çəkir”, - deyə Letisiya Marsili bildirib.
Alimlər hesab edir ki, Marsili ailəsinin üzvlərinin bəzi əsəb hüceyrələri digər insanlarda olduğundan fərqli fəaliyyət göstərir.
Mütəxəssislər belə yüksək ağrı qüsuruna səbəb olan gen mutasiyasını aşkarlamağa çalışır və onu Marsili sindromu adlandırırlar. Onlarin fikrincə, bu fenomenin tədqiqi xroniki ağrı sindromundan əziyyət çəkən insanların müalicəsinə kömək edə bilər.
“Biz ağrı sindromunun müalicəsinin yeni üsulunun kəşfinə yaxınıq”, - deyə Siena Universitetinin professoru Anna Mariya Aloizi qeyd edib.//AZƏRTAC
Paylaş: