Xəbər lenti

Azərbaycanın dövlət sərhədini pozmaqla İran ərazisinə keç­mək istəyən Özbəkistan və Qırğızıstan vətəndaşları saxlanılıb.

Strateq.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki,  fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbay­candan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb:

"Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilmiş, onlardan 4 nəfər qa­dının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Həmin tarixdə Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran isti­qamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxla­nılıb.

16 və 17 fevral tarixlərində isə DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti 1 litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürül­üb.

Qeyd olunan faktlar üzrə Cina­yət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir".




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 20-02-2018, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma