Xəbər lenti

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb.

DSX-nın mətbuat mərkəzindən Strateq.az-a verilən məlumata görə, onların 12 nəfər Azərbaycan Respublikası, 13 nəfər Özbəkistan, 6 nəfər Gürcüstan, 3 nəfər Pakistan, 2 nəfər İran İslam Respublikası, 2 nəfər Mərakeş, 1 nəfər Rusiya, 1 nəfər Tacikistan, 1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfər İordaniya, 1 nəfəri Şri-Lanka, 1 nəfər isə Türkiyə vətəndaşı olub.

Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozduqlarına, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə 1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası olmadığına görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130, müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qaldığına görə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sərhədindən buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriy­yəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 kq 913 qram narkotik maddə, 2 269 ədəd psixotrop dərman aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246 min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tüfəng, 3 ədəd 9 mm patron, 4 ədəd qayıq, 1 ədəd gecə görmə cihazı, 2000 İİR rialı, 30,5 milyon Ru­si­ya rublu, 6628 qutu pirotexniki vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil te­lefonun dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 15-02-2018, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma