Xəbər lenti

Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 19-da və 20-də keçirdikləri tədbirlər nəticəsində 7,5 kiloqrama yaxın narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

DİN-dən Strateq.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Masallı rayon sakinləri Zaur Nuriyevdən, əvvəllər məhkum olunmuşlar – Vüsal Nuriyevdən və Orxan Dəyyanovdan çəkisi 3 kiloqramdan artıq tiryək aşkar edilib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Əliyevdən şəxsi axtarış zamanı 16 qramdan artıq marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun həyətindən isə əlavə olaraq 4,1 kiloqram marixuana götürülüb.

Daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Rasim Həsənova məxsus həyatyanı sahədən 14 ədəd, Tovuz RPŞ-nin əməkdaşları Aşağı-Öysüzlü kənd sakini Samir Hüseynova məxsus həyətyanı sahədən 4 ədəd, Neftçala RPŞ-nin əməkdaşları Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Fərzəliyevə məxsus həyətyanı sahədən 5 ədəd çətənə kolları, Xaçmaz RPŞ-nin əməkdaşları Niyazoba kənd sakini Ceyhun Hacıyevə məxsus həyətyanı sahədən isə 606 ədəd çətənə toxumu və 35 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 651          Tarix: 21-05-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma