Oktyabr ayının ilk günündə ölkənin daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərovdan 2 kiloqram 412,51 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları Yuxarı Qarxun kənd sakini Emin Salahovdan 436,12 qram marixuana, Cəlilabad RPŞ-nin əməkdaşları şəhər sakini Həmid Sadıqovdan 0,701 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 475 qram tiryək, aşkar edərək götürüblər.
Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Yalama dəmir yolu stansiyasının ərazisində, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Balamirzə Musayevdən 20,814 qram marixuana, Seyidli kəndi ərazisindəki sahədən isə kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu, Qazax RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı oradan 2 kiloqram 503 qram marixuana, habelə Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu, Goranboy RPŞ-nin əməkdaşları Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 ədəd çətənə kolu aşkar edərək götürüblər.
Paylaş: