Uqanda əsilli 31 yaşlı Violet Nantabanın öldürülməsi və əkiz bacısı Beatris Babirinin cinsi və fiziki hücuma məruz qalması ilə bağlı başlanan məhkəmə prosesində qərar verilib.
Cinayətdə ittiham olunan azərbaycanlılar Sunay Həsənov və Kənan Rəfiyev ömürlük azadlıqdan məhrum olunub. Kənan Rəfiyev son sözündə cinayət ittihamını qəbul etmədiyini bildirib: “Öldürməmişəm və cinsi təcavüz etməmişəm. Bəraət istəyirəm”. Sunay Həsənov da məhkəmədən bəraət istəyib.
Məlumata görə, Violet və Beatris Türkiyəyə turist kimi gəlib və İstanbulda – Aksarayda kirayə ev tutub. Ölkələrinə geri qayıtmaq üçün qızlar pul qarşılığında cinsi əlaqəyə girməyə razılıb veriblər.
Onlar 2016-cı il avqustun 31-də Kənan və Sunayla 340 lirə qarşılığında cinsi əlaqəyə giriblər.
Violet Sunayla, Beatris isə Kənanla əlaqəyə girib. Kənan intim əlaqədən sonra Beatrisin üzünə yumruq vuraraq, ikinci dəfə əlaqədə olub. Beatris qışqırdıqda isə onun telefonunu və cibindəki 300 lirəsini götürüb.
Səsi eşidən Violet bacısının olduğu otağa gəlib. Kənan onu da döyüb. Daha sonra Kənan Sunaya “Sakitləşdir bunu, heç kim eşitməsin” deyib. Bu zaman Sunay ventilyatorun kabeli ilə Violeti boğub.
Evdən qaçan hər iki şübhəli Azərbaycana qayıtmaq üçün mindikləri avtobusda yaxalanıb. (Oxu.az)
Paylaş: