Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
İki gün öncə prezidentlərin Vyana görüşünün iki ili tamam oldu. Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələri başçılarının da qatıldığı həmin yüksək səviyyəli görüş 4 günlük aprel savaşından az sonra unikal bir fürsət idi ki, Qarabağ danışıqlarında, nəhayət, dönüş baş versin, diplomatik həmlə ilə yadda qalsın. Əfsus ki, şans buraxıldı. Sammit heç bir ciddi sənəd, anlaşma, bəyannamə qəbul olunmadan bitdi.
Ən betəri odur ki, o vaxtdan indiyədək prezidentlərin Sankt Peterburq görüşü (iyun) istisna olmaqla, Dağlıq Qarabağa dair sülh prosesində heç bir önəmli hadisə baş verməyib. Danışıqlar hələ də dalandadır və oradan nə vaxt çıxarılacağı məlum deyil. İki əsas vasitəçi dövlət - Rusiya və ABŞ arasında yaşanan və azalmaq bilməyən gərginlik isə effektli danışıqların bərpasına inamı daha da azaldır. Sülh şansları azaldıqca isə yeni və daha dağıdıcı müharibə riski sövq-təbii artır. Çünki istənilən sülhün alternativi - müharibədir. Yaxın-uzaq tarix, ötən ilin aprel hadisələr bunu dönə-dönə isbat edir.
Artıq yerli və əcnəbi analitiklər də bölgədə müharibə ehtimalının xeyli gücləndiyi barədə xəbərdarlıq etməkdədirlər. Az öncə tanınmış politoloq Eldar Namazov mətbuata açıqlamasında Dağlıq Qarabağda müharibənin müstəsna olaraq Rusiyadan asılı olduğunu bəyan etmişdi. Daha sonra ABŞ-dakı nüfuzlu Mili Təhlükəsizlik Agentliyi yaydığı hesabatda 2017-ci ildə Azərbaycanla Ermənistan arasında hərbi toqquşma ehtimalının güclü olması barədə xəbərdarlıq etmişdi.
“Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcəksə, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə çevriləcək”. Bu ehtimalı isə gürcü ekspert Vaxtanq Maisaya Gürcüstanın “Rezonans” nəşrinə müsahibəsində irəli sürüb (publika.az).
Onun sözlərinə görə, müharibənin baş verməsində Ermənistan maraqlıdır: “Ermənistanı Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir”. Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır. “Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığını gücləndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsələsi gizli danışıqlar səviyyəsində davam edir. Abxaz dəmir yolunun bərpası Rusiyaya hərbi yüklərin daşınması üçün lazımdır. Rusiya Sxinvalidə, Abxaziyada, eləcə də Ermənistanda hərbi kontingentini gücləndirir. Qafqaz Rusiyaya sonrakı genişlənmə üçün müharibə meydanı kimi lazımdır”.
Öz növbəsində rusiyalı analitik Mixail Belyayev hesab edir ki, Qarabağa dair sülh şansları faktiki, sıfıra yaxınlaşıb. Musavat.com-un məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” nəşrindəki analitik yazısında qeyd edib.
Analitik yazır: “Yayın gəlişi ilə Dağlıq Qarabağ konflikti zonasından həyəcanlı xəbərlər artmaqdadır. Bugünlərdə Azərbaycan ordusu ermənilərin ”OSA" zenit-raket kompleksini və onun xidmətçi maşınını məhv elədi və bunun videosunu yaydı. Ehtimal ki, Azərbaycan silahlı qüvvələri növbəti dəfə İsrail istehsalı olan və idarə olunan “Spayk” raketindən istifadə edib - hansıların effektliliyi ki, hələ ötən ilin aprel döyüşlərində özünü göstərmişdi. Ertəsi gün axsam erməni silahlı qüvvələri Ağdamın kəndlərini intensiv atəşə tutmaqla cavab verməyə çalışdılar. Hərçənd mülki obyektlərə qarşı bu cür permanent hücum taktikası Ermənistan silahlı qüvvələrinin özü üçün də ciddi risk təşkil edir. Yada salaq ki, ötənilki genişmiqyaslı aprel toqquşmalarına rəvac verən faktorlardan biri də belə raket zərbələri nəticəsində bir neçə mülki azərbaycanlı şəxsin həlak olması olmuşdu. Bütün bunlar isə onunla nəticələndi ki, erməni tərəfi bir sıra strateji yüksəklikləri itirdi, canlı qüvvə və texnika sarıdan böyük itkiyə məruz qaldı və Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi, başda müdafiə naziri Seyran Ohanyan olmaqla, istefaya göndərildi".
Ekspert daha sonra yazır: “2016-cı ildəki aprel hərbi toqquşmasının birinci və sonuncu olmayacağı barədə bir çox ekspertlər çoxdan xəbərdarlıq edirdi. Çünki sülh danışıqlarında irəliləyişin olmaması ən ciddi problem olaraq qalır. Məhz belə bir irəliləyişin əlçatmaz olması etimad atmosferinin yaranmasına və cəbhədə situasiyanın sakitləşməsinə mane olur. Təəssüf ki, bu gün diplomatik müstəvidə baş verənləri dolğun sülh danışıqları adlandırmaq çox çətindir. Ona görə ki, atəşkəsdən ötən 23 ildə nizamlama prosesi bir qarış da irəli getməyib. Erməni tərəfinin ”sişan-pişik" oyunu davam edir. İrəvan hər vəchlə Azərbaycan ərazilərinin heç olmasa, bir hissəsinin boşaldılmasını gah parlament, gah da prezident seçkilərinədək uzadır. Sonra isə yenə hər şey sıfırdan başlayır".
Rusiyalı analitikin qənaətincə, mövcud vəziyyətdə təkcə ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan yox, Ermənistanın özü uduzur. “Görəsən, Dağlıq Qarabağ ətrafındakı geniş, insan yaşamayan əraziləri işğal altında saxlamaqla özünü təcridə, boşalmaya tuş eləmək Ermənistanın yaxın və orta perspektivdəki milli maraqları baxımından nə dərəcədə rasional siyasətdir? Sual yəqin ki, ritorikdir”, - deyə müəllif qeyd edir.
Məqalənin sonunda analitik düşmən ölkədəki Sərkisyan rejiminin öz hakimiyyət maraqları baxımından mövcud status-kvonu saxlamaqda maraqlı olduğunu vurğulayır və əlavə edir: “Belə vəziyyətdə dinc nizamlama şansı sıfıra bərabərdir. Bu da belə bir ehtimal irəli sürməyə imkan verir ki, yaxın zamanlarda Dağlıq Qarabağda situasiya yenidən böyük partlayış həddinə gələcək”
Lakin yen partlayış təhlükəsinin bir səbəbi də Rusiyanın Qarabağla bağlı nizamlamada astagəlliyi, onun öz satelliti, işğalçı Ermənistana təzyiq eləmək istəməməsidir. Əksinə, ÜAK ətrafındakı son olaylar göstərir ki, Moskva təzyiqləri Bakıya yönəltməyə çalışır. Görəsən, niyə? Gerçəkdənmi Rusiya Qarabağda yeni müharibədə maraqlıdır? Doğrudanmı o, cırtdan Ermənistana görə Azərbaycan və Türkiyə kimi bölgənin iki mühüm dövlətini həmişəlik itirə biləcəyini ciddiyə almır?(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar