"Abortların qarşısı alınır, reproduktiv sağlamlıqla bağlı fəaliyyət planı da qəbul olunur və qadınlarla kişilər arasındakı nisbət məsələləri ciddi ölçülür”.
Ovqat.com xəbər verir ki, bunu Sherg.az-a son illərdə qadınların sayının kişilərə nisbətdə azalmasının demoqrafik nəticələrini izah edərkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O bildirib ki, son 10-15 il ərzində qadınların sayının azalması ilə bağlı gələcəkdə kəskin çatışmazlıq olacaq:
"Əgər müharibə, təbii fəlakətlər olmasa, kişilərin sayı çox olaraq qalacaq. İndiki vəziyyət normal davam edəcəksə, hazırda 10-12 yaşında olan qızlar və oğlanlar arasında ciddi problemlər, çatışmazlıq gözlənilir. Əhalinin sayının azalması, yaxud əcnəbilərlə nikaha girmək, ölkədən xaricə miqrasiya etmək kimi problemlər, xaricdən gəlin gətirmək kimi yeni ənənələr ortaya çıxacaq”.
Paylaş: