Xəbər lenti

"Hazırda Azərbaycanda 9 minə yaxın vərəm xəstəsi var və onların təxminən yarısı yeni yoluxanlardır".

Ovqat.com "Report" istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda da vərəmə yoluxanların sayında azalma müşahidə olunur: "Vərəmə yoluxanların əksəriyyəti kişilər olur, onların yaş həddi də əsasən 25-40 yaş arasında olur. Təbii ki, vərəm xəstələri arasında ölüm halları qeydə alınır. Vərəm ağır xəstəliklərdəndir, gecikmiş hallar, dərmanlara davamlı hallar olur. Amma ümumilikdə ölüm hallarının azalması müşahidə olunur".

H.Qədirova bildirib ki, vərəm xəstələrinin faiz göstəricisi daha çox cənub bölgəsində müşahidə olunur: "Vərəm xəstəliyinin əsas uğurlu müalisəci vaxtında müraciət etməkdir. Əks təqdirdə xəstəliyin yayılmasına şərait yaradır".

İnstitut direktoru vurğulayıb ki, ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi pulsuz aparılır: "Vərəm əleyhinə dərmanlar həm Səhiyyə Nazirliyi, həm də Qlobal Fond tərəfindən alınaraq xidmət mərkəzlərinə verilir. Eyni zamanda, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır".

 




Ana səhifəyə qayıt        Baxış: 1 022          Tarix: 17-05-2017, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma