Polşa Sərhəd Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkar dəstə şəklində fəaliyyət göstərən Azərbaycan və Ukrayna vətəndaşlarını, o cümlədən 1 nəfər Polşa vətəndaşını saxlayıb.
Onlar qanunsuz yolla 500-dən çox insanı işləmək adı ilə Polşaya aparıb. Dəstəyə 1 Azərbaycan vətəndaşı, 2 Ukrayna vətəndaşı və onlardan birinin polyak həyat yoldaşı daxildir.
Dəstə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran İraq, Qazaxıstandan olan 537 nəfəri saxta firmaların adından Polşaya aparıb.
Mütəşəkkil dəstənin hazırladığı cinayətkar sxem onlara qanunsuz miqrantların Polşada yaşamaq və işləmək icazəsi üçün verdikləri pulları mənimsəməyə imkan verib.
Qrupun fəaliyyəti nəticəsində bir çox xarici vətəndaşlar qeyri-leqal yollarla Polşaya və Avropa Birliyinin digər ölkələrinə getmək, orada yaşamaq imkanı qazanıb. \\News24
Paylaş: