Xəbər lenti

 Avropa Komissiyası Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahatdır.

Axar.az xəbər verir ki, bu barədə informasiya Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında yer alıb. Hesabata əsasən, Gürcüstan vətəndaşları Avropa ərazisində cinayətlərin törədilməsində lider olaraq qalırlar:

“Gürcü mütəşəkkil cinayətkar qruplaşmaları yüksək dərəcədə mobildirlər. Əsasən onlar mülkiyyətə qarşı cinayətlərə cəlb olunurlar və Fransa, Yunanıstan, Almaniya, İtaliya, İspaniyada aktivdirlər. Onların fəaliyyəti AB üçün təhdiddir. Belə ki, onların kriminal bazarlara nəzarəti artır və digər qruplaşmalarla əməkdaşlıq edirlər. Gürcüstan artıq cinayətkar gəlirlərin yuyulması baxımından tranzit ölkə olub”.




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 23-12-2017, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma