Xəbər lenti

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahid qismində MTN əməkdaşı Rafiq Abdullayev ifadə verərək deyib ki, Əmlak Komitəsinin əməkdaşı Rauf Sultanovun saxlanılması barədə tapşırqlar idarə rəisi tərəfindən verilib.
Zərərçəkmiş Maqsud Mahmudov deyib ki, sabiq nazir Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyir: "Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub.  Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir".
Hakimlər vəsatəti müzakirəyə çıxarmayıblar.
M.Mustafayev həbsdə intihar edən polkovnik İlqar Əliyevin ifadəsinin elan edilməsini istəyib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində ifadə elan olunacaq.
Xaliq Sadıxov MTN əməkdaşı Ayaz Gərayzadənin dindirilməsini istəyib. Məhkəmədə məlum olub ki, A.Gərayzadə barəsində həbs qərarı verilib və o, axtarışdadır. 
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.(Qafqazinfo)

 




Ana səhifəyə qayıt        Baxış: 1 116          Tarix: 23-06-2017, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma