İnsanları tanımaq üçün diqqət etdiyiniz nüanslardan biri də onların oturuş şəklinə baxmaqdır. Bir insanın ictimaiyyət içərisində oturma və davranış şəkli onun xarakterindən, birbaşa şəxsiyyətindən xəbər verir.
Ətrafınızda eyni tərzdə oturduğunu düşündüyünüz insanlar çoxdur? Onlara diqqət etmisizmi? Nə üçün belə oturduqları haqqında bir fikriniz varmı? Onların bu xəbəri oxuyub davranışlarını dəyişəcəklərini düşünürsüz?
Xarakterinizi büruzə verəcək 10 oturma şəklini təqdim edir:
1. Dik oturuş - Bu cür oturuş sərgiləyən insanlar həyatdan nə istədiklərini bilən insanlardır. Onlar həddən artıq qərarlı və inadkar olurlar. Gələcəyə dair planlarını heç kəslə müzakirə etmirlər. İdarə edilməyi yox, idarə etməyi sevirlər. Sahiblənmə duyğusu yüksək olan insanlar göründüklərindən bir az daha dikbaş, ərköyün ola bilirlər.
2. Söykənərək rahat oturmaq - Bu insanlar həddən artıq sosial və aktiv olurlar. Özləri ilə olduqları kollektivə sülh gətirən bu insanlar eyni zamanda qarşı tərəfə daim müsbət enerji ötürərək onların sevgisini qazanırlar. Kollektivdən heç kəsi özlərinə rəqib bilməyəcək dərəcədə özgüvənlidirlər. Müşahidə qabiliyyətləri güclü olan bu insanlar həm də cazibədar və dostcanlı olurlar.
3. Əyilərək oturmaq - Bu insanlar çox fədakar olurlar. İlk növbədə başqalarını düşünür, onların rahatlığı üçün çalışırlar. Bunun mənfi cəhətləri olduqlarını etiraf etsələr də, başqa cür davrana bilmirlər. Ünsiyyət zamanı yaxın təması sevirlər. Nəzakət sahibi və pozitiv ruhlu olurlar.
4. Ayaqları birləşdirərək oturmaq - Belə oturan insan gördükdə bilin ki, o çox ciddi və bir o qədər də qəddar insandı. İlk baxışda ona sual verməyə çəkinsəniz də, bu fikri özünüzdən uzaqlaşdırın. Onların ürəyi göründüklərinin tam əksinə çox yumşaq olur. Həmişə məsafəli davranmaları onların həyatda həddən artıq incinmələri ilə bağlıdır.
5. Ayaqları çarpaz şəkildə oturmaq - Qarşınızda lider biri əyləşib. Bunu unutmayın. Lider insanlar gözlənilmədən xüsusiyyətlərini nümayiş etdirməyi sevirlər. Daxil olduqları mühitdə daim yüksəkdə olmalıdırlar. Bu səbəbdən qısqanc və çox dərəcə ehtiraslı olurlar.
6. Şüurlu oturuş - Bu adamlar əsasən özlərinin yaxşı bildikləri mövzularda söhbət etməyi sevirlər. Bilmədikləri mövzu və kollektivdən uzaq dururlar. Süni şəkildə qiymətləndirilən bu oturuş şəkli insanların özlərini olmadıqları kimi təqdim etdiklərinə dəlalət edir. Ətrafdakı insanları gözucu süzən bu insanlar hər kəsi özlərindən aşağı görür.
7. Qərarlı oturuş - Bu adamlar çox ciddi xarakterə sahibdirlər. Heç vaxt ilk olaraq söhbət, müzakirə açmağı sevmirlər. Daim hazırcavab olurlar.
8. Əlləri saxlama - Bu insanlar çox nəzakətli olurlar. Qarşısındakı insanın etdiyi səhvləri görməməzliyə vuracaq və unudacaq qədər də anlayışlıdırlar. Lakin əllərini gizlədərək oturmaq qarşı tərəfdə onlara qarşı güvənsizlik yaradır.
9. Əlləri dizlərə qoyaraq oturmaq - Bu şəxslər lider ruhlu doğulsalar da, heç vaxt lider ola bilmirlər. Sadəcə sevdiyi insanlara fikir bildirən, yol göstərən insanlar digərlərindən fərqli olaraq mərhəmət hissindən tamamilə uzaq olurlar.
10. Əlləri birləşmiş şəkildə oturmaq - Bu insanlar həddən artıq romantik olurlar. İnsanlara yaxınlaşarkən diqqətli olan, sözlərini seçərək danışan insanlar əslində bu nəvazişi tək qalmaqdan qorxduqları üçün edirlər. (publika.az)