Xəbər lenti

 

Məhəbbət - hələ də tam dəqiqliyi ilə açılmayan gözəl duyğudur. Bütün yaradıcı insanlar ona bir cür tərif verib.

Oxucuları xarici mətbuata istinadən psixoloqların sevgi haqqında sübut etdiyi ən maraqlı faktlarla tanış edirik:

1. Yaxşı yumor hissi olan adamlar adətən ağıllı, tərbiyəli və namuslu olur. Qadınların və kişilərin ən pis vəziyyətdə onu güldürən, əhvalanı qaldıran adamlar axtarmasının səbəbi də budur.

2. Gülüş əsl xoşbəxtlik iksiridir. O, beyində xoşbəxtlik hormonlarının ifraz olunmasına kömək edir, əzələ gərginliyini aradan qaldır, stressi götürür, o cümlədən qorxu və həyəcanı azaldır. Birlikdə deyib gülən cütlüklərin münasibətləri daha sağlam olur. Yeri gəlmişkən tez-tez gülən insanların səhhəti də yaxşı olur. Bu da oksitosin hormonlarının ən yüksək səviyyədə olması ilə əlaqəlidir. Oksitosin adlanan hormon əsasən seks zamanı ifraz olunur və bu hormon ağrı sakitləşdirən endorfinin təsiri altında formalaşır.

3. İdmanla məşğul olmayan insanlar demək olar ki, həmişə zahiri görkəmi ilə qarşı tərəfi cəlb etmirlər. Burada məsələ qadının gözəl, kişinin isə yaraşıqlı olmasından getmir, söhbət insanın özünə göstərdiyi qayğıdan gedir.

4. Qucaqlaşmaq ən yaxşı təbii antidepressandır. İki adam qucaqlaşanda beyində miqreni ən az 4 saat yüngülləşdirməyə kömək edən oksitosin hormonları istehsal olunmağa başlayır.

5. Münasibətlərin ilk 3-5 ayında ayrılma ehtimalı daha yüksək olur.

6. Nazik, məlahətli səsi olan qadınlar kişiləri daha çox cəlb edir.

7. Heç olmasa qısa müddətdə təkbətək qalmaq üçün vaxt ayırmaq münasibətləri möhkəmləndirir. Heç bir telefon, heç bir qədjetdən istifadə etməyin, xüsusilə yatanda. Bu vaxtı yalnız özünüz üçün istifadə edin. Hətta 20 dəqiqə olsa belə, hətta sakitlikdə sadəcə otursanız belə, texniki cihazlardan uzaq olun.

8. Dostların olması çox vacib amildir. Dostları olan insanlar daha ünsiyyətcil, cəlbedici və arzu olunan hesab edilir.

9. Münasibətlərdə ən böyük həyəcan siqnallarından biri də iki insanın müəyyən qədər birlikdə sakitcə otura bilməməsidir. Sizə susanda da rahat olmalıdır.

10. Sекs çox təcrübə tələb edir. İllər keçdikcə o daha yaxşı olur, amma bunun üçün çalışmaq lazımdır. Onunla xüsusi istək olmayan vaxtlarda da məşğul olmaq vacibdir. Bu, tərəf müqabiliniz ilə daha dərin əlaqə yaradır və bir-birini komfort zonasından kənarda öyrənməyə kömək edir.

11. İnsana kompliment deyəndə adı ilə çağırmaq 70% uğur vəd edir. Araşdırmalar göstərib ki, yaxşı işin nəticəsində öz adını eşidən adamlar özlərini daha yaxşı hiss edirlər.

12. Həddən artıq istehzalı davranış münasibətləri poza bilər.

13. Ən yaxşı münasibətlər dəyişiklikləri, uğursuzluğu və inkişafı bütün həyatınıza nəzarət etməyə çalışmadan qəbul edən insanlarla baş tutur.

14. Bədən dili yalan danışmır. Məsələn, ayaqların hansı istiqamətdə və necə dayanması kimin kimlə maraqlanmasının yaxşı göstəricisidir. Bu üsul xüsusən böyük qruplarda düz işləyir.

Aytən /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 1 344          Tarix: 14-06-2017, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma