Əksər insanlar düşünür ki, pul yalnız böyük zəhmət hesabına əldə olunur. Bu fikir pul haqqında mövcud olan yanlış inanclardan biridir. Əgər siz artıq bu fikrə inanmısınızsa, o zaman bütün ömrü boyu cüzi maaş müqabilində ağır işlərlə məşğul olmağa razı olacaqsınız. Bununla da siz daha çox pul qazanmaq imkanının qarşısını alacaqsınız. Əslində çox pul qazanmaq olduqca asandır. Bunun üçün bu fikrə inanmaq və onu reallaşdırmağa çalışmaq kifayətdir.
"Pul həyatda hər şey demək deyil" fikri növbəti yanlış fikirlərdəndir. Bu fikir nəinki pulların, hətta onların gətirdiyi xoşbəxtliyin belə sizin həyatınıza daxil olmasına maneçilik törədəcək. Pul - sizdə olan dəyərin xüsusi bir meyarıdır. Əgər sizin pulunuz yoxdursa, deməli, sizin heç bir dəyəriniz yoxdur. Unutmayın ki, pul həqiqətən də dəyərlidir. Onun vasitəsilə siz həm yaşadığınız həyatdan məmnun ola, həm də sevdiklərinizə və yaxınlarınıza xoşbəxtlik bəxş edə bilərsiniz.
İnsanların beynində pul haqqında formalaşan yanlış fikirlərdən biri də pulun insanı pis mənada dəyişdiyi fikridir. Əgər siz də belə düşünən insanlar sırasındasınızsa, o zaman əmin olun ki, yanlış fikirdəsiniz. Dünyadakı bütün milyonçu və milyarderlər ağıllı, eləcə də müstəqil insanlardır. Bu insanlarda pislik etmək niyyəti həyatda uğur qazanmayan digər insanlarla müqayisədə güclü deyil.
Daha bir yanlış fikir: İnsan öz halal zəhməti ilə pul qazana bilməz. Əksinə, insan məhz bu yolla böyük sərvət sahibinə çevrilə bilər. Faydalı və lazımlı işlər hər zaman öz yaradıcılarına böyük gəlirlər qazandırır.
İnsanların inandığı səhv fikirlərdən biri də budur: Ətrafda bu qədər kasıb insan var ikən zəngin olmaq utancvericidir. Əksinə, varlı həyat yaşamaq hər bir insana xoş gələr! Zəngin olduqda siz səyahət edə, həyatın dadını çıxara və yaxınlarınızın qeydinə qala bilərsiniz. Ətrafda olan insanların kasıb olması həmin insanların özlərindən başqa heç kimin günahı deyil. Unutmayın ki, insan taleyini özü yazır.
"Əgər pul varsa, onları xərcləməyib "qara gün" üçün saxlamaq lazımdır". Şübhəsiz ki, bu, səhv fikirdir. Pul varsa, bu cür davranmağa nə lüzum var? Pulları qoruyub saxlamaq deyil, həmin pullarla biznes qurmaq və nəticədə daha çox gəlir əldə emək lazımdır. Bu addımı atsanız bir də heç vaxt həyatınızda "qara gün" yaşanmayacaq.
Siyahını ən geniş yayılmış yanlış fikirlə tamamlayırıq. Həmin yanlış fikirdə deyilir: "Kasıb doğulmusansa, kasıb da öləcəksən. Taleyə qarşı çıxmaq və qismətdən artıq yemək olmaz". Əslində, bu fikirdə olan insan öz həyatına görə məsuliyyət daşımaqdan çəkinir. Bu tipli insanlar məqsədləri istiqamətində addım atmaq və ya hər hansı bir işlə məşğul olmaq istəmirlər. Təcrübə göstərir ki, dünya miqyasında tanınmış milyarderlərin əksəriyyəti məhz kasıb ailələrdə dünyaya gəlmiş insanlardır.
Paylaş: