![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Dünən, 23:59
Dünən, 22:00
Dünən, 20:21
Dünən, 17:48
Dünən, 12:13
Dünən, 11:51
Dünən, 00:02
7-02-2025, 21:30
7-02-2025, 20:57
7-02-2025, 18:17
7-02-2025, 18:00
7-02-2025, 15:00
7-02-2025, 13:47
![](/uploads/posts/2021-07/1626269440_get_news_image_slider-66.jpg)
Əxbar əl-Yaum, Misir 14.07.2021 Müəllif: Husam Əbdüləlim Azərbaycan Qarabağ regionunda basdırılmış yüz minlərlə minanı zərərsizləşdirmək, işğaldan azad edilmiş bu regionu dirçəltmək üçün strateji planın icrasını davam etdirir. Qarabağ Azərbaycan ərazisinin 20%-ni təşkil edir. Onun bu bölgə üzündən Ermənistanla yaşadığı münaqişə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyannaməsi ilə sona çatıb. İndi Azərbaycan 30 il ərzində həyatın donduğu bu regionunu dirçəltmə, yenidən qurmaqla məşğuldur. Bölgənin minalı ərazilərinin xəritələrini bir müddət əvvələdək Ermənistandan ala bilməyən Azərbaycan onların tək-tək axtarılması ilə təmizlənməsi əməliyyatına çoxdan başlayıb. O, işğaldan azad etdiyi torpaqların minlərlə kvadrat metrini artıq minalardan təmizləyib. Bu müddətdə 900-dək tank və piyada əleyhinə mina zərərsizləşdirilib. Bu bölgəyə səfər etmiş xarici jurnalistlərdən ibarət nümayəndə heyətində biz də var idik. Qəzetimizin nümayəndəsi Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl rayonunda Azərbaycan mütəxəssislərinin minatəmizləmə əməliyyatını müşahidə edib – mina axtarışından tutmuş, onun tapılaraq zərərsizləşdirilməsinədək. O vaxtdan qəzetimizdə bu haqda silsilə xəbərlər dərc olunur. Azərbaycanın minatəmizləmə briqadaları təlim keçmiş itlərin də köməyi ilə ərazini ənənəvi üsullarla təmizləyir. Belə qruplardan birinə rəhbərlik edən Əflatun Rzaquliyev deyir ki, onlar bu torpaqları minalardan qısa vaxtda təmizləmək, paytaxtı Azərbaycanın şərqi və ölkənin cənub-qərbindəki Qarabağ şəhərləri ilə bağlayacaq dəmir yolunun tikintisinə başlamaq üçün zamanla yarışırlar. Təmizləmə əməliyyatının dinamikliyini təmin etmək məqsədilə, briqadalar minaaxtaran itlərdən istifadə edir, müəyyən edilmiş minalar günün sonunda uzaqdan idarəetmə ilə partladılır. Bu zaman partlayışın aşkarlanmamış minalara keçə biləcəyi ilə bağlı narahatlıq da var. Beləliklə, Azərbaycan təbii ehtiyatlarla, kənd təsərrüfatı potensialı ilə zəngin Qarabağ regionunu inkişaf etdirmək üçün zamanla yarışır. Hökumətin açıqladığı rəqəmlərə görə, 1991-ci ildə münaqişə başlayan zaman bu torpaqları bir milyona yaxın azərbaycanlı tərk edib. Bu gün Azərbaycan bu torpaqlara həyatı yenidən qaytarır. Yeri gəlmişkən, bu yaxınlarda Ermənistan bəzi rayonların minalı ərazilərinin xəritələrini, nəhayət, Bakıya təqdim edib. Əvəzində Azərbaycan bir qrup erməni əsiri geri qaytarıb. Amma hələlik Azərbaycana 7 rayondan yalnız 3-nün minalı ərazilərinin xəritəsi verilib. Məlum olub ki, Ağdam, Füzuli və Zəngilanda ümumilikdə 300 minə yaxın mina basdırılıb. Qalan xəritələrin təqdim edilməsi üçün üçtərəfli danışıqların davam etdiriləcəyi bildirilir. (Ərəb dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər