Xəbər lenti

 

Sizə çox sadə və maraqlı psixoloji test təqdim edirik. Yumruğunuzu sıxın və onun formasına şəkildə tapın.

b_167_226_16777215_0___images_stories_PSIXOLOGIYA_1_yumruq.jpeg

1. Bu insanlar çox təvəzökar, lakin istedadlı və ağıllıdırlar. Onlar yeni şeyləri öyrənməyi, oxumağı sevir, tez-tez ensiklopedik bilgilərə sahib olurlar. Təhsildə, elmdə böyük uğurlar qazanırlar. Çox enerjili, yeni ideyalarla dolu olurlar.

Digər tərəfdən bu insanların bir çoxları qapalı olur və digər insanları özünə yaxın buraxmağı xoşlamırlar.

b_173_226_16777215_0___images_stories_PSIXOLOGIYA_2_yumruq.jpeg

2. Bu insanlar həyatda hər şeyə öz əməyi ilə nail olur. Belə insanlara "self made man" deyilir (ingl. - "özünü, öz həyatını özü yaradan").

Bu insanlar bacarıqlı olur, dəqiq fənləri sevir, güclü intuisiyaya sahib olurlar. Onların beyni daim nə isə saymaq, müqayisə etmək, problemin ən əlverişli həllini axtarmaqla məşğuldur.

Onlar qapalı olur, sirr verməyə xoşlamır.

Bu insanlar qaraqabaq, sərt görünsə də, daxildə yumşaq və həssas olur.

b_180_227_16777215_0___images_stories_PSIXOLOGIYA_3_yumruq.jpeg

3. Bu insanlar realist və qənaətcil olur, həyatı olduğu kimi qəbul edir.

Onlar həyatdan nə almaq istədiyini yaxşı bilir və öz məqsədinə doğru gedirlər.

Çox ciddi, ehtibarlı və sadiq olur, dostluq etməyi bacarırlar.

b_182_228_16777215_0___images_stories_PSIXOLOGIYA_4_yumruq.jpeg

4. Çox diqqətli və hər şeyə fikir verən insanlardır. Öz məqsədinə doğru asta-asta gedir və adətən bu məqsədə çatırlar. Puldan çox səmərəli istifadə edirlər. Çox ehtiyatlı olurlar, risk xoşlamırlar.

Həyatda kəskin dəyişikliklər etməyə xoşlamır, sakitçilik və stabillik xoşlayırlar. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 1 048          Tarix: 2-07-2017, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma