Xəbər lenti

 

Yayda əksər insanlar dincəlmək üçün çimərliklər seçir. Dəniz havası, suyu insana həm  böyük zövq verir, həm də sağlamlığını bərpa etməyə yardım edir.

Lakin burada bir qaydaya əməl etmək çox vacibdir. Adətən günəşin altında yaxşıca "qızandan" sonra insanlar sərinlənmək üçün suya atılır. Bu çox böyük səhvdir. Havanın və suyun hərarəti arasında xeyli fərq olur. Nəticədə insanda damarların kəskin sıxılması baş verə bilər ki, bu da ürək tutmasına və hətta infarkt, insult, ürəyin ani dayanmasına səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri, hipertoniya xəstəliyi olan insanlar üçün təhlükəlidir.

Suya yavaş-yavaş girmək lazımdır ki, bədən hərarət fərqinə adaptasiya olunsun (öyrəşsin). /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 26-06-2017, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma