Xəbər lenti

 
Oktyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
 
Məlumata görə, Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib.
 
General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
 
X.Kolomina bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.
 
Görüşdə həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 
Ovqat.com-un əlavəsi
 
NATO-nun Rusiya səfirlərinin akkreditasiyasını ləğv etdikdən sonra alyans nümayəndələrinin Bakıya səfəri diqqət çəkir. Məlumata görə, yaxın günlərdə ABŞ-ın Müdafiə naziri Lloyd Austinin də Ukrayna, Rumıniya və Gürcüstana səfəri gözlənilir. NATO və Pentaqon rəsmilərinin məhz indiki zamanda bölgəyə intensiv səfəri təsadüfi olmaya bilər.
 
İstisna deyil ki, hərbi yetkililərin görüşündə son zamanlar İranın Azərbaycana haqsız təzyiqləri də müzakirə olunub. Rəsmi məlumatda postmüharibə şəraitinin müzakirə edilməsi açıq şəkildə bildirilir. Nə yazıq ki, postmüharibə dövründə Azərbaycanla əsasən İran arasında soyuq küləklər əsir. Tehranın ermənipərəst mövqeyi üzündən.
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 518          Tarix: 18-10-2021, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma