Xəbər lenti

Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək. Bunu "Turan"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər. 

Məlumata görə, artıq 28 kilometrlik yolun 17 kilometri çəkilib və Həkəri çayının üzərində bir körpü tikilib.

2020-ci ilin sonlarından Azərbaycan rəsmiləri bildirmişdilər ki, üç il ərzində Laçın rayonundan Xankəndinə yeni yolun inşası nəzərdə tutulur.

2020-ci il dekabrın 1-də isə Prezident İlham Əliyev Laçın şəhərindən yan keçəcək yeni yolun inşasının planından danışaraq bunları söyləmişdi: "Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq".

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 106          Tarix: 23-02-2022, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma