
Xəbər lenti
Dünən, 23:00
Dünən, 20:35
Dünən, 18:46
Dünən, 17:30
Dünən, 14:15
Dünən, 13:30
14-08-2025, 23:30
14-08-2025, 22:28
14-08-2025, 21:38
14-08-2025, 21:11
14-08-2025, 21:00
14-08-2025, 20:00
14-08-2025, 17:12
14-08-2025, 16:17
14-08-2025, 15:57

“Tərəfimizdən həyata keçirilmiş zəruri əmliyyat nəticəsində Azərbaycan silahlı qüvvələrinə zəruri dəstək verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu DTX rəisinin müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib.
İ.Musayevin sözlərinə görə, dövlət başçısının 1315 saylı müvafiq sərəncamına uyğun olaraq DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb:
“Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik”.
Ovqat.com-un məlumatına görə, dövlət qurumları DTX-da yeni yaradılan fəaliyyət istiqamətləri üçün peşəkar kadr hazırlığı məsələsini də diqqətdə saxlayır.
Belə ki, bu ildən başlayaraq, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Akademiyasında tədris olunan "İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək.
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bu ixtisas bu ildən 3, gələn ildən isə 11 ali təhsil müəssisəsində olacaq.
"Burda keyfiyyəti təmin etmək üçün DTX-nin əməkdaşları və beynəlxalq ekspertlərlə birlikdə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik", - deyə nazir əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar