
Xəbər lenti
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31
23-02-2025, 16:49
23-02-2025, 15:32
23-02-2025, 14:24
23-02-2025, 13:13

“Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovu bu günə qədər ittiham edənlər utanmalıdır”.
Ovqat.com xəbər verir ki, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri, tanınmış iş adamı Mürvət Həsənli belə deyib.
Onun fikrincə, bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclası bizim ölkəmizin də tarixinə düşəcək.
Niyə? Gəlin, “niyə”sini iş adamının özündən dinləyək:
“Bu gün Azərbaycanın hüquq tarixində çox mühüm hadisə baş verib.
İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunmuşdur. Bildirildiyinə görə, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.
Səsvermədə böyük əksəriyyət bu üzvlüyün lehinə mövqe ortaya qoyub.
Hesab edirəm ki, bu nailiyyət 4 il yarım müddətdir Vəkillər Kollegiyasına rəhbərlik edən Anar Bağırovun əməyinə verilmiş ən gözəl qiymətdir. Anar Bağırova qarşı kampaniya aparanlar utansın.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər