Balakəndə istixanada narkotik bitki becərən keçmiş məhkum həbs edilib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində rayonun Sarıbulaq kəndində, kənd sakini 1960-cı il təvəllüdlü Sədrəddin Musa oğlu Musayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş istixanada kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 70 sm-dən 1m 50 sm-ə qədər, sayı 35 ədəd olmaqla ümumi çəkisi 20 kq olan narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları və eyni zamanda həmin istixananın içərisində satış məqsədi ilə yarımqurudulmuş vəziyyətdə, xalis çəkisi 3 kq 335 qr maruxuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyatın davamı olaraq Sədrəddin Musayevin həyətyanı sahənin kənarındakı kolluq ərazidə gizlətdiyi bir ədəd sintetik kisənin içərisində qurudulmuş vəziyyətdə olan, xalis çəkisi 3 kq 875 qr maruxuana götürülüb. Sədrəddin Musayevin üzərinə baxış zamanı isə onun əynində olan köynəyin cibindən 0,51 qram qrudulmuş marixuana götürülüb. Tədbir nəticəsində əvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayan Sədrəddin Musayev saxlanılıb və onun barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Balakən Rayon PŞ-də CM-nin müxtəlif maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Paylaş: