Külli miqdarda narkotik maddə satmaq istəyən şəxs tutulub.
Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Qaradağ rayon 10-cu Polis Bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52 qramdan çox heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən Füzuli Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran vətəndaşından 4 min manata aldığını bildirib.
Bölmədən verilən məlumata görə, Füzuli Hüseynov külli miqdarda heroini satmaq məqsədi ilə əldə edib. Faktla bağlı onun barəsində müvafiq maddə ilə cinayət işi başlanıb.
Abşeron polisi isə həyətində külli miqdarda narkotik vasitə olan çətənə kolları əkib becərən şəxsi yaxalayıb. Saray qəsəbəsində yaşayan 36 yaşlı Məzahir Quliyevin həyətində narkotik tərkibli çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal hadisə yerinə yollanan polis əməkdaşları Məzahir Quliyevin həyətyanı sahəsinə baxış keçiriblər. Orada 21 ədəd kultivasiya üsulu ilə əkilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb. İfadəsi zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. O, həmin kolları öz istifadəsi üçün əkdiyini deyib.Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterilı təqdim edirik:
Paylaş: