Xəbər lenti

Biləsuvar sakininin həyətindən narkotik xassəli çətənə kolları aşkarlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı əvvəllər də məhkumluq həyatı yaşamış rayonun Günəşli kənd sakini Adil Qəfər oğlu Qarayev şübhəli şəxs qismində saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman 60-a yaxın çətənə kolu aşkar edilib, evindən isə qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 27-05-2017, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma